12.12.2024, 13:18
324
baxış
Lamiyə
Peskov: Putinə Trampın andiçmə mərasiminə dəvət göndərilməyib
Rusiya prezidenti Vladimir Putin ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampdan yanvarda keçiriləcək inauqurasiya mərasiminə dəvət almayıb.
Medianews.az “RT”ə istinadən xəbər verir ki, bunu jurnalistlərdən birinin müvafiq sualını cavablandıran Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov deyib.
"Xeyr, göndərilməyib", - deyərək Peskov cavablandırıb.
Paylaş: