Medianews.az
Stalinin sonuncu mühafizəçisi <span style=color:red>vəfat etdi
310 baxış

Stalinin sonuncu mühafizəçisi vəfat etdi

Sovet lideri İosif Stalinin son mühafizəçisi  Jorj Tokarev 100 yaşında Yekaterinburqda vəfat edib.

Medianews.az "Lenta.ru"ya istinadən xəbər verir ki, ölümlə bağlı məlumatı vəkil və jurnalist Aleksey Ostapov təsdiqləyib. Tokarev Yekaterinburqun fəxri vətəndaşı idi. O, Sverdlovskda anadan olub, valideynləri ilə Şartaş stansiyasında yaşayıb. Böyük Vətən Müharibəsi başlayanda iki böyük qardaşı cəbhəyə gedib. 1942-ci ildə Tokarev məktəbi bitirib və orduya çağırılıb. Xüsusi təyinatlı alayında xidmətə göndərilib.

Kreml alayının tərkibində 1945-ci ildə Moskvada keçirilən Qələbə paradında iştirak edib, müharibədən sonra isə Stalinin mühafizəçisi işləyib.

Bizə qoşulun