01.01.2025, 11:23
444
baxış
Azad
"Komedixana"nın aktrisası 26 il əvvəl... - VİDEO
Tanınmış aktrisa Zarina Qurbanova uşaqlıq videosu ilə izləyicilərini təəccübləndirib.
Medianews.az milli.az-a istinadla xəbər verir ki, sənətçi sosial media paylaşımı ilə diqqət çəkib.
"Komedixana"nın Zarinası 26 il öncə çəkilən görüntülərdə aktrisa kimi rola girərək mahnı oxuyur.
"Gecə-gecə telefonumun yaddaşını təmizləyirdim ki, qarşıma bu video çıxdı. Kefim necə açıldısa, dedim, paylaşım üzünüz gülsün. Allahım... Yerdən dərdiyim otlar, dramatik mimikalarım. Hələ sonda xalamın mənimlə məzələnməyi...", - deyə o yazıb.
Zarinanın anası Sevinc Kərimova isə paylaşımın rəy yerinə "mama qurban, sənə demişdim də, aktrisa olacaqsan" yazıb.
Sözügedən görüntülər insanların marağına səbəb olub və 200 minə yaxın baxış toplayıb.