03.03.2025, 14:21
355
baxış
Lamiyə
Bağırsaq sağlamlığını necə bərpa etmək OLAR?
“Bağırsaq sağlamlığının bərpası pəhriz, həyat tərzinə düzəlişlər və tibbi müayinədən keçməyi əhatə edən uzunmüddətli prosesdir”.
Medianews.az xəbər verir ki, bunu nevroloq Sergey Dlin deyib.
Həkim, bağırsaqları bərpa etmək üçün müxtəlif, həmçinin bol tərəvəz, meyvələr, dənli və paxlalılar yeməyi tövsiyə edib. Pəhrizdə yoqurt, kefir, duzlu kələm, kimçi, miso, kombuça, sarımsaq, soğan, qulançar, banan, topinambur, yulaf, alma, paxlalıların olması vacibdir.
"Şəkər, təmizlənmiş karbohidratlar, fast food və trans yağları məhdudlaşdırın, onlar patogen bakteriyaların böyüməsini təşviq edir. Əgər siz qlüten, laktoza və ya digər komponentlərə qarşı dözümsüzsinizsə, onları aradan qaldırmaq bağırsaq sağlamlığınızı yaxşılaşdıracaq”, - deyə Sergey Dlin qeyd edib.
Nevroloqun başqa bir məsləhəti zərərli faktorları minimuma endirməkdir: stressi və spirt istehlakını minimuma endirmək, siqareti buraxmaq, antibiotikləri yalnız həkim təyin etdiyi kimi qəbul etməkdir.
Həmçinin, onun fikrincə, sağlam həyat tərzi bağırsaq sağlamlığını yaxşılaşdırmağa kömək edəcək. Həkim vurğulayıb ki, mikrobiomun və bağırsaq selikli qişasının tarazlığını qorumaq üçün müntəzəm orta məşqlə fiziki fəaliyyət, yeddi-doqquz saat kifayət qədər yuxu, kifayət qədər su içmək lazımdır.
Dlin xroniki ishal, qəbizlik və şişkinlik halında dərhal həkimə müraciət etməyə çağırıb.
Medianews.az