Medianews.az
Pələng qadının boynuna yapışdı – <span style=color:red> Öldürmək üçün traktordan istifadə etdilər
390 baxış

Pələng qadının boynuna yapışdı – Öldürmək üçün traktordan istifadə etdilər

Hindistanda pələng qadına hücum edərək boynundan yapışıb və kolluğa sürükləyib. Medianews.az xəbər verir ki, hadisə Uttar Pradeş ştatının Lakhimpur şəhəri yaxınlığında, kəndlərin birində, gecə saatlarında baş verib. Qurbanın qışqırtısına qonşular qaçaraq gəliblər. Onlar aqressiv heyvanı çubuqlarla döyməyə başlayıblar, sonra isə traktorla onun üstündən keçib öldürüblər. Pələng bir neçə gündür kənddə gəzib. Bu barədə bir neçə dəfə aidiyyatı qurumlara məlumat verilsə də, şikayətlərə cavab verilməyib. Üstəlik, qadına hücumdan bir neçə gün əvvəl pələng tarlada işləyən fermeri parçalayıb. Sonda heyvanın cəsədi yalnız polisin müdaxiləsindən sonra çıxarılıb. Hadisə ilə bağlı istintaq davam edir. Medianews.az

Bizə qoşulun