Medianews.az
“Pulgir Tramp buna razılaşacaq” - <span style=color:red>Politoloq
429 baxış

“Pulgir Tramp buna razılaşacaq” - Politoloq

Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen Londonda Ukrayna ilə bağlı sammitdə deyib ki, təcili olaraq Avropanı yenidən silahlandırmaq məcburiyyətindəyik. Medianews.az-ın məlumatına görə, politoloq Elxan Şahinoğlu Ursula fon der Leyenin bəyanatını şərh edərkən deyib: “Bu sözləri illərdir eşidirik, ortada isə hərəkət yoxdur. Krımın ilhaqından 11 il, Rusiyanın Ukraynanın şərqinə hərbi müdaxiləsindən 3 ildən çox vaxt keçib və bu müddətdə Avropanın bir çox lideri, o cümlədən NATO və Avropa İttifaqı rəhbərləri elə hey “təcili silahlanmalıyıq” deyirlər. Donald Trampı bəyənməsək belə, o hələ ötən prezidentlik müddətində Avropa dövlətlərindən hərbi xərclərini artırmağı tələb etmişdi. Polşadan başqa digər Avropa dövlətləri Trampın sözlərini qulaqardına vurdular, düşündülər ki, Avropanın təhlükəsizlik yükünü əvvəlkitək ABŞ daşımaqda davam edəcək". Daha sonra politoloq vurğulayıb: "Tramp bu dəfə açıq deyib ki, başınıza çarə axtarın. Avropa ölkələrinin təcili silahlanması zaman alacaq, buna qədər isə Rusiya işğalı genişləndirməyə çalışacaq, Ağ Evdəki qalmaqaldan sonra ABŞ Ukraynaya maliyyə və hərbi dəstək verməyəcək. Bu halda yeganə alternativ Avropa ölkələrinin ABŞ-dan pulunu ödəmək şərtilə silah və hərbi texnika alıb onu Ukraynaya verməkdir. Pulgir Tramp buna razılaşacaq". Nailə Qasımova, Medianews.az

Bizə qoşulun