Medianews.az
İşlətmədiyiniz smartfonlar haradadır? Evlərdə milyonlarla istifadəsiz telefon var - <span style=color:red>STATİSTİKA
126 baxış

İşlətmədiyiniz smartfonlar haradadır? Evlərdə milyonlarla istifadəsiz telefon var - STATİSTİKA

Almaniyada evlərdə təxminən 195 milyon köhnə telefon və smartfon saxlanılır. Bu statistikanı “Bitkom” Sənaye Birliyi açıqlayıb. Təşkilat həmin cihazların təkrar emala verilməsini və ya ianə edilməsini tövsiyə edir. Sorğulara əsasən, Almaniyada yaşayan insanlar milyonlarla köhnə telefonu istifadə etmədən saxlayır. Üç il əvvəl rəqəm 210 milyon idi, indi 195 milyondur. “Bitkom” hesab edir ki, bu, hələ də çox yüksək göstəricidir. “Bitkom”un baş direktoru Bernhard Rohleder qeyd edir: “Alman evlərində böyük bir xammal xəzinəsi var”. Onun sözlərinə görə, smartfonlarda qızıl, gümüş və nadir torpaq metallar var ki, bunlar təkrar istifadə oluna bilər. Çoxları bir neçə köhnə telefon saxlayır Sorğuda 16 yaşdan yuxarı insanlar iştirak edib. Onların 89 faizi ən azı bir istifadəsiz telefonunun olduğunu bildirib. Bu, ümumilikdə 61 milyon insan deməkdir. 54 faiz respondent isə üç və ya daha çox istifadəsiz mobil telefon saxladığını deyib. “Bitkom” 2012-ci ildən bəri bu araşdırmanı aparır. Həmin il 86 milyon köhnə telefon qeydə alınmışdı. 2014-cü ildə rəqəm 100 milyona, 2018-ci ildə 124 milyona, 2020-ci ildə 199 milyona, 2022-ci ildə isə 210 milyona çatmışdı. 2023 və 2024-cü illərdə araşdırma aparılmadığından 2025-ci ildəki nəticə (195 milyon istifadəsiz telefon) 2012-dən bəri ilk azalma kimi qeydə alınıb. Köhnə telefonları hara təhvil vermək olar? “Bitkom” bildirir ki, köhnə telefonlar yerli tullantı toplama məntəqələrinə təhvil verilə bilər. Həmçinin satıcılar və istehsalçılar da bu cihazları geri qəbul edirlər. Lakin telefonları təhvil verməzdən əvvəl bütün məlumatların silinməsi tövsiyə edilir. Getdikcə daha çox şirkət köhnə telefonları təmir edib “Refurbished IT” (təmir edilmiş texnika) adı altında yenidən satmaqla məşğuldur. Xeyirxah bir iş kimi köhnə telefonları ianə etmək də mümkündür. “Missio” sayaq  xeyriyyə təşkilatları belə cihazları aztəminatlı insanlara və sosial qurumlara verir, həmçinin onlardan sosial layihələr üçün gəlir mənbəyi kimi istifadə edir. Sarvan Səmədoğlu, Almaniya

Bizə qoşulun