25.04.2025, 12:30
84
baxış
Azad
İnsanın bioloji ili təqvim ilindən necə fərqlənir?
ABŞ-ın Stenford Universitetinin tibb fakültəsinin alimləri orqanizmdə virusla bakteriyaların inkişafını öyrənən zaman müəyyən qanunauyğunluqlar aşkar ediblər. Məlum olub ki, Hemoqlobin A1c səviyyələri, eyni zamanda "CIR1" adlanan sirkadiyalı ritm geninin ifadəsi, həmçinin immun sistemi zülallarının miqdarı insan sağlamlığının mühüm markerlərində bütün qeyri-iradi dəyişiklikləri eyni vaxtda həyata keçirir. Alimlərin ehtimal etdiyi kimi bu prosesin reallaşması əksər insanlarda mövsümdən asılı olur.
Medianews.az xəbər verir ki, Stenford Universitetinin professoru Maykl Snayder, həmçinin onun tədqiqatçılar qrupu yüz doqquz xəstədə təxminən mindən çox göstəricini tədqiq ediblər. Alimlər genlərin, zülalların və metabolik markerlərin, həm də immun sistemindəki dəyişikliklərin, tədqiqatda iştirak edən könüllülərin mikrobiomunun qiymətləndirməsini aparıblar. Nəticələr göstərib ki, onların hər birində təxminən iyirmi min molekul və bakteriya var.
Belə əhatəli araşdırma tədqiqatçılara müəyyən etməyə imkan verib ki, hər bir insanın orqanizminin işində bir il ərzində yalnız iki "növbə" baş verir. Yəni alimlərin fikrincə, bioloji cəhətdən insanlara yalnız iki fəsil təsir edir - qış və yay. Üstəlik də, amerikalı alimlərin sonrakı müşahidələri göstərib ki, əslində insanın orqanizmində baş verənlər, molekulyar, metabolik, həm də bakterioloji və digər dəyişikliklərin bir dalğası dekabrın sonuna, yanvar ayının əvvəlinə, ikincisi isə aprelin sonu - mayın əvvəlinə təsadüf edir.
Professor Snayder bioloji göstəricilərdəki belə kütləvi "mövsümi" dəyişiklikləri insan orqanizmlərinin qış, həmçinin yay həyat "rejimlərinə" keçidiylə izah edir. Elm adamının dediyinə görə, onsuz da müasir insanlar ətraf mühitin temperaturunun, virus və bakteriyalarının mövcudluğuna imkan verən iqlim şəraitlərində yaşamağa uyğunlaşıblar. Genetik alimin deyib ki, məhz buna görə bədənin patogen agentlərə qarşı çox güclü müdafiəsi qurulur və fəsillərdən asılı olaraq dəyişir.
Amerikalı alimlərdən daha fərqli düşünən fransız tədqiqatçıları isə hesab edirlər ki, insanın orqanizmi sadəcə soyuq, eləcə də isti fəsillərin arasındakı dəyişikliklərə bu cür reaksiya verir. Fransalı mütəxəssislər iddia edirlər ki, normal vəziyyətdə onsuz da cinsi hormonların səviyyəsini əsasən insanın öz immun sistemi müəyyən edir. "Əgər soyuq qış dövründə bədən ona hücum edən virusun, həmçinin bakteriyaların kütləsindən demək olar ki, maksimum dərəcədə qorunmaq ehtiyacı duyursa, üstəlik, testosteron artırsa, deməli, yayda aktiv günəş radiasiyası səbəbindən ətraf mühit daha az təhlükəli olur və endokrin sistem daha az intensiv işləməyə başlayır" söyləyən fransalı elm adamlarından biri məsələyə məhz bu cür izah verməyin düzgün olduğunu bildirib.
Bununla belə, Kaliforniyanın isti ştatında amerikalı genetiklərin apardığı araşdırma və Cənubi Britaniyanın Atlantik sahilləri yaxınlığında fransız endokrinoloqlarının tədqiqatları yerli alimlərin səsləndirdiyi məlumatlardan bir qədər fərqlənir.
Rusiya alimlərinin nəzəriyyəsinə görə, insanın bioloji ili dörd yox, yalnız iki fəsildən ibarətdir. Bu sahədə uzun araşdırmalardan sonra belə bir nəticəyə gələn Moskva Elmi-Metodik və Tibbi Bərpa Mərkəzinin mütəxəssisləri qeyd ediblər ki, insanın bioloji ilinin əsas fəsilləri qış və yay yox, yaz və payızdır.
Dünya alimlərinin apardığı tədqiqatların ümumi nəticələrinə görə, insanın bioloji yaşı mövcuddur. Hətta bəzi alimlər bunu canlı təbiətin bir parçası olan insanların bəzi məməlilərin qış yuxusuna getdiyi bir fəsilə, oradan çıxıb oyandıqları yeni fəsilə reaksiya verməsi ilə də əlaqələndirirlər. Lakin bütün bunlar elmi sübut yox, yalnız fərziyyədir.
Bir neçə il öncə ahıl azərbaycanlı kişinin yerli və əcnəbi mütəxəssislər tərəfindən aparılan müayinəsi zamanı məlum olub ki, əslində onun təqvim yaşı 52 olsa da, bioloji yaş dövrü 64-67 yaş arasındadır.
Medianews.az
Paylaş: