Mingəçevir şəhərində "Tam Store" şəbəkəsinə məxsus mağazada yanğın hadisəsi qeydə alınıb.
Medianews.az Trend-ə istinadən xəbər verir ki, hadisə Şah İsmayıl Xətai küçəsində baş verib. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Mingəçevir şəhər Yanğından Mühafizə hissəsinin əməkdaşları cəlb olunub.
Yanğın nəticəsində bir nəfər tüstüdən zəhərlənib və Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alov qısa zamanda söndürülüb, yanğının yaxınlıqdakı obyektlərə yayılmasının qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır.


