Bakının bəzi ərazilərində neçə gündür evlərə içməli su verilmir. Bir çox ərazidə isə suyun həcmi azalıb.
Medianews.az bildirir ki, məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) məlumat yayıb.
Məlumatda deyilir ki, anbarlardan qəbul edilən suyun miqdarını artırmaq və sutəmizləyici qurğuların məhsuldarlığını artırmaq üçün texniki işlər görülür.
ADSEA paytaxtda verilən suyun həcminin buna görə azaldıldığını bildirir və müxtəlif rayonların ərazilərində suyun verilmə saatlarında yalnız 2-3 saatlıq azalmalar tətbiq olunduğunu iddia edir.
ADSEA su təminatındakı fasilələrə görə abonentlərdən üzr istəyir.