Medianews.az
Əfsanəvi mütəxəssis Türkiyə millisinə qayıda bilər
103 baxış

Əfsanəvi mütəxəssis Türkiyə millisinə qayıda bilər

Dünya futbol çempionatında böyük ümidlərlə gedən Türkiyə millisi ilk iki oyunda məğlub olmaqla qrupda qaldı.

Medianews.az Offsideplus.az-a istinadla xəbər verir ki, Türkiyə Futbol Federasiyası Vinçentso Montella ilə yolları ayırmağa qərar verib. Bu barədə əcnəbi idman jurnalisti Nikola Şira “X” hesabında məlumat yayıb.

Maraqlıdır ki, Montellanın əvəzinə əsas namizəd Fatih Terimdir. Mundial başa çatdıqdan sonra Terim millinin baş məşqçisi olacaq.

Qeyd edək ki, Türkiyə ilk oyunda Avstraliyadan 1, Paraqvay seçməsindən 2 cavabsız top buraxıb.

Bizə qoşulun