Hazırda İran, ABŞ və Qətər nümayəndələri arasında üçtərəfli görüş başlayıb.
Bu barədə IRIB məlumat yayıb.
Görüşdə Livanda atəşkəs və İran aktivlərinin blokdan çıxarılması müzakirə olunur.
İsveçrənin Bürgenstok kurort zonasındakı danışıqlarında İran nümayəndə heyəti memorandumun beş bəndinin həyata keçirilməsinə nail olmağa çalışır, lakin qalan üç bənd barədə məlumat verilməyib.
Qeyd edək ki, İran Livanda atəşkəs elan olunana qədər ABŞ ilə sanksiyalar və İranın nüvə proqramı ilə bağlı yeni danışıqlara başlamayacağını bəyan edib./"Report"