Medianews.az
Oyun təxirə salına bilər -
112 baxış

Oyun təxirə salına bilər - DÇ-2026

Dünya futbol çempionatının qrup mərhələsinin II turu çərçivəsində Fransa və İraq yığmaları arasında nəzərdə tutulan oyun təxirə salına bilər.

Bu barədə “L’Équipe” nəşri məlumat yayıb.

“İyunun 23-də Filadelfiyadakı "Lincoln Financial Field" stadionunda keçirilməli olan görüş zamanı havanın temperaturunun +33°C-yə çatacağı, eyni zamanda güclü yağış və ildırım müşahidə olunacağı gözlənilir. Mövcud təhlükəsizlik protokoluna əsasən, belə hallarda matç müvəqqəti dayandırıla bilər”, – deyə bildirilib.

Qeyd edək ki, Fransa millisi ilk turda Seneqalı 3:1 hesabı ilə məğlub edib, İraq isə Norveçə 1:4 hesabı ilə uduzub./Globalinfo.az 

Bizə qoşulun