Medianews.az
“Biz qeyri-sabitlik dövründən çıxacağıq" -
116 baxış

“Biz qeyri-sabitlik dövründən çıxacağıq" - Cey Di Vens

"Bu görüş tarixi əhəmiyyət daşıyır və irəliləyiş əldə olunub". ABŞ-ın vitse-prezidenti Cey Di Vens İran nümayəndə heyəti ilə ilk görüşdən sonra belə deyib.

O bildirib ki, ABŞ Prezidenti Donald Tramp yeni bir səhifə açmaq istəyir: “Biz regional qeyri-sabitlik dövründən çıxacağıq. Yeni gələcəkdə hər kəs birlikdə çalışacaq. Hamı üçün sülhü və rifahı təşviq edə biləcəyimiz bir gələcək görürük”.

Vitse-prezident qeyd edib ki, son bir neçə saat ərzində iki ölkə arasında aparılan danışıqlarda ciddi irəliləyiş qeydə alınıb: “Əsas sual ondan ibarətdir ki, biz Yaxın Şərqdə münasibətləri daimi şəkildə dəyişdirə biləcəyikmi. Donald Tramp regional miqyasda tam atəşkəsin əldə olunmasına qətiyyətlə sadiqdir. Bu cür atəşkəslər hər zaman müəyyən qədər mürəkkəb olur. Texniki danışıqlar bütün fikir ayrılıqlarını aradan qaldırmaya bilər, lakin tarixdə ilk dəfə olaraq tərəflərin komanda şəklində bir araya gəlməsinə imkan yaradır”.

Bizə qoşulun