Bu gün Atalar Günüdür...
Atanızı təbrik edin. Uzaqda olanlara bir zəng edin, halını soruşun. Bəzən sadə bir “necəsən?” sözü belə bir insanın gününü dəyişə bilir.
Ata həyatın ilk dayağı, ilk güvəni, ilk qəhrəmanıdır. Onun verdiyi məsləhətlər, çəkdiyi zəhmət və göstərdiyi fədakarlıq illər keçsə də unudulmur.
Bu gün yanımızda olan atalara sevgi və minnətdarlığımızı bildirək. Dünyasını dəyişən ataları isə hörmət və ehtiramla xatırlayaq.
Ata sevgisindən uzaq böyüyən övladlara da Allahdan gözəl tale, xoşbəxt həyat və sevgi dolu ailə nəsib etməsini arzulayırıq. Qoy onlar yaşamadıqları sevgini öz qurduqları ailələrdə yaşatsın, övladlarına daha gözəl gələcək bəxş etsinlər.
Atalar Gününüz mübarək!