Medianews.az
Təzəcə nişanlanmışdı:
113 baxış

Təzəcə nişanlanmışdı: çayda boğularaq həyatını itirdi

Tovuz rayonunda çayda boğularaq həyatını itirən 22 yaşlı İlham Şirinovun faciəsi ilə bağlı yeni təfərrüatlar məlum olub.

Medianews.az bildirir ki, Ağdam rayon sakini olan İlham Şirinov Abşeron rayonunun Məmmədli qəsəbəsində yaşayıb və burada yerləşən orta məktəbdə təhsil alıb.

O, cəmi iki ay əvvəl sinif yoldaşı ilə nişanlanıbmış və yaxın vaxtlarda toylarının keçirilməsi planlaşdırılırdı.

İlham Şirinov eyni zamanda Milli Qvardiyada xidmət edib.

Qeyd edək ki, hadisə Tovuz çayının Dondar Quşçu kəndi ərazisindən keçən hissəsində baş verib.

Məlumata görə, İlham Şirinov Bakıdan Tovuzun Dondar Quşçu kəndində yaşayan qohumlarını ziyarət etməyə gedib.

Son günlər yağan intensiv yağışlar səbəbindən Tovuz çayında suyun səviyyəsi və axının sürəti xeyli artıb.

Güclü axın nəticəsində gənc həyatını itirib. (Yeni Sabah)

Təzəcə nişanlanmışdı: Faciəvi şəkildə həlak olan gənclə bağlı ÜRƏKDAĞLAYAN DETALTəzəcə nişanlanmışdı: Faciəvi şəkildə həlak olan gənclə bağlı ÜRƏKDAĞLAYAN DETALTəzəcə nişanlanmışdı: Faciəvi şəkildə həlak olan gənclə bağlı ÜRƏKDAĞLAYAN DETALTəzəcə nişanlanmışdı: Faciəvi şəkildə həlak olan gənclə bağlı ÜRƏKDAĞLAYAN DETAL

Bizə qoşulun