Medianews.az
37 yaşlı qapıçı Dünya Kubokunda
96 baxış

37 yaşlı qapıçı Dünya Kubokunda rekord qırdı

21 iyun gecəsi Ekvador və Kurasao arasında 2026-cı il Dünya Kuboku qrup mərhələsinin ikinci tur matçı keçirilib. E qrupunun oyunu ABŞ-ın Missuri ştatının Kanzas-Siti şəhərində keçirilib və qolsuz heç-heçə ilə başa çatıb.

Eloy Rom matçın oyunçusu seçilib.

Kurasaonun qapıçısı 15 seyv edib. 37 yaşlı qapıçı əsas vaxtda seyvlər üzrə DÇ rekorduna imza atıb. Bütün zamanların rekordu 2014-cü ildə Belçikaya qarşı matçda 16 zərbəni (əlavə vaxt da daxil olmaqla) dəf edən amerikalı Tim Hovarda məxsusdur./publika.az

Bizə qoşulun