Mövzu ilə bağlı Medianews.az-a açıqlamasında nəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, vətəndaşlar lizinq yolu ilə alınan avtomobilin onlara məxsus olmadığını bilməlidirlər.
“Maşın şirkətə aiddir və vətəndaş aybaay ödəniş etdikdən sonra etibarnamə alır. Müqavilədə göstərilən müddət bitdikdən sonra isə avtomobil ya vətəndaşda qala, ya da şirkətə geri qayıda bilər. Burada müqavilənin şərtlərinə xüsusi diqqət yetirmək vacibdir,” – deyə o vurğulayıb.
Ekspert əlavə edib ki, kreditlə avtomobil almaqla lizinq arasında ciddi fərq var:
“Kreditlə avtomobil aldıqda maşın sizin olur, bankın və ya şirkətin deyil. Lizinqdə isə avtomobil sizə məxsus deyil, sadəcə etibarnamə əsasında idarə edirsiniz. Vətəndaşlar müqavilələri imzalayarkən mütləq vəkillə məsləhətləşməlidirlər. Mən vəkil olmadan müqavilə imzalamağı tövsiyə etmirəm.”
Eldəniz Cəfərov qeyd edib ki, hüquqlar pozulubsa, vətəndaş əlində olan sənədlərlə məhkəməyə müraciət edə bilər və mütləq vəkil tutmalıdır:
“Əgər lizinq şirkəti fırıldaqçılıq edib və bu vəkil tərəfindən sübuta yetirilərsə, avtomobil vətəndaşa qaytarılacaq.”
Oğuz Ayvaz
Medianews.az
07.07.2025, 10:55
504
baxış
Lamiyə
Lizinqdə fırıldaqçılıq: Maşın alanda nələrə diqqət etməliyik?
Son vaxtlar lizinq yolu ilə avtomobil alan vətəndaşlar bəzi şirkətlər tərəfindən aldadıldıqlarını bildirirlər. Müraciət edənlər qeyd edirlər ki, şirkətlər ödənişin son aylarında süni problemlər yaradaraq nəqliyyat vasitəsinin mülkiyyətə keçməsinə bilərəkdən mane olurlar.
Bunun qarşısını almaq üçün hansı hüquqi mexanizmlər mövcuddur və vətəndaşlar öz hüquqlarını necə qorumalıdırlar?

Paylaş: