Medianews.az
Mask partiya yaratdığını elan edən kimi <span style=color:red>“kasıblamağa” başlayıb
481 baxış

Mask partiya yaratdığını elan edən kimi “kasıblamağa” başlayıb

Amerikalı milyarder İlon Mask siyasi partiya yaratdığını elan edən kimi onun rəhbəri olduğu “Tesla” şirkətinin səhmləri kəskin şəkildə ucuzlaşmağa başlayıb. Medianews.az xəbər verir ki, iyulun 7-də “Tesla”nın səhmləri 7%-dən çox ucuzlaşıb. Bu, Maskın təxminən 70 milyard dollar itirməsi deməkdir. Tendensiya davam etsə, itkinin həcminin tezliklə 120 milyard dollara çata biləcəyi deyilir. Ucuzlaşmanın səbəbi belə izah olunur ki, sərmayəçilər Maskın siyasi partiya yaratmasının onun biznes fəaliyyətində problemlər doğura biləcəyindən ehtiyatlanırlar. Maks həm də “Space X” şirkətinin rəhbəridir. O, təxminən 400 milyard dollarlıq sərvətlə dünyanın ən varlı adamıdır. İlon Mask Amerika Partiyası adlı siyasi partiya yaratdığını ötən həftənin sonu elan edib. Medianews.az

Bizə qoşulun