Medianews.az
Tramp Maska <span style=color:red>GÜLÜR
379 baxış

Tramp Maska GÜLÜR

ABŞ prezidenti Donald Tramp milyarder İlon Maskın yeni siyasi partiya yaratmaq planlarını gülünc adlandırıb. Medianews.az-ın məlumatına görə, Tramp Maskın “Amerika Partiyası” adlı yeni partiyanın yaradıldığını elan edəndən az sonra mediaya açıqlamasında deyib: “Mən hesab edirəm ki, üçüncü partiyanın yaradılması gülüncdür. Respublikaçılar Partiyası ilə böyük uğurlara imza atırıq. Düzdür, Demokratlar Partiyası öz yolunu azıb, lakin Amerikada həmişə ikipartiyalı sistem olub və məncə, üçüncü partiyanın yaradılması sadəcə olaraq anlaşılmazlıq yaradır”. Trampın fikrincə, ölkədə ikipartiyalı system oturuşubsa, bu o deməkdir ki, cəmiyyət belə bir sistem istəyib. Üçüncü tərəfin olmasını istəyən olmayıb, ona görə də Mask indi bununla əylənə bilər, amma məncə, bu gülünc təşəbbüsdür”.

Bizə qoşulun