Medianews.az
Yaşlı insanlar bunu yeməlidir – <span style=color:red> Həkim danışdı
300 baxış

Yaşlı insanlar bunu yeməlidir – Həkim danışdı

“Qocalıqda siyənək balığı yemək demans riskini azaldır”. Medianews.az xəbər verir ki, bunu sistemli inteqrativ qidalanma mütəxəssisi, psixi sağlamlıq mütəxəssisi həkim Katerina Padolka deyib. Padolka yaşlı insanlara menyularına balıq daxil etməyi tövsiyə edib, çünki araşdırmaya görə, müntəzəm olaraq istehlak edildikdə, idrak funksiyalarını qorumağa kömək edir və demans və Alzheimer xəstəliyi riskini 20 faiz azaldır. Bundan əlavə, bu balığın tərkibində olan qiymətli omeqa-3 turşuları narahatlıq və depressiyanı azaltmağa kömək edir. Həmçinin, diyetoloqun sözlərinə görə, siyənəkdə kalsiumun sorulmasını yaxşılaşdıran, əzələ və sümük kütləsinin itkisini ləngidən D vitamini var. "Yaşlılıq dövründə təzə dondurulmuş və ya az duzlu siyənək balığını seçmək daha yaxşıdır ki, duzun miqdarını azaltmaq üçün istehlakdan əvvəl suda isladılmalıdır. Hipertoniya və böyrək xəstəlikləri zamanı qaynadılmış, bişmiş və ya buxarda hazırlanmış balıqlara (çiy siyənək balığı) üstünlük verilir", - mütəxəssis əlavə edib. Medianews.az

Bizə qoşulun