Medianews.az
"Ceyhun dedi ki, başını taxta yox, dəmir qapıya vur" - "Fəryad" filminin Xoreni - <span style=color:red>FOTOLAR
603 baxış

"Ceyhun dedi ki, başını taxta yox, dəmir qapıya vur" - "Fəryad" filminin Xoreni - FOTOLAR

"Ceyhun Mirzəyevlə biz dost idik. Amma o utanırdı ki, desin gəl "Fəryad" filmində erməni rolunu oyna. Onun Murad adlı bir asistenti var idi. Mənə dedi ki, Ceyhun deyir ki, Fərəcə bu rolu təklif et, razılaşsa, mən onu Xoren roluna “bezprob” çəkəcəm. Hətta razılaşmağım üçün deyirdi ki, "Xoren Fərəcin rollarının başı olacaq". Razılıq verdim və çəkildim. Filmi Goranboyda, Qaraçinarda, sınıq-sökük evlərdə çəkirdik. Atışma gedirdi, şüşələr sınıq-sınıq olurdu. Biz də o vaxt Naftalanda qalırdıq" - Bunu Medianews.az-a açıqlamasında "Fəryad" filmində Xoren obrazı ilə tanınan aktyor Fərəc Fərəcov deyib. O daha sonra çəkiliş prosesindən danışıb: “Orada belə bir səhnə var ki, başımı taxta qapıya vururam və deyirəm ki, “Qarabağ, dərdim mənim”. Hətta “Qarabağ” futbol komandası məğlub olanda bu videonu tiktoka yükləyib, trend etmişdilər (gülür). Çəkilişdən sonra otelə gəldik. Heyətdən bir nəfər mənə dedi ki, Ceyhun səninlə zarafat edəcək, ondan incimə. Ceyhun gəldi və dedi ki, Fərəc, başını taxtaya yaxşı vurmamısan, bu dubl xoşuma gəlmədi. Özü də deyir ki, bərk vur başını. Dedim axı bu dekorasiya deyil, həqiqi qapıdır. Dedi ki, bir dəmir qapı görmüşəm, sabah onu çəkəcəyik, başını ona vurmaq lazlmdır. Dedim ki, Ceyhun mən sabah gedirəm Bakıya, çəkiləsi olmadım (gülür). Dedi ki, zarafat edirəm. Mənimlə yaxın dost idi. Salyan kazarmasında filmin qəhrəmanları ilə görüş keçirtdik. Mən o vaxt orada bədii rəhbər işləyirdim. Məlik Dadaşov mənə Əjdər deyirdi. Hamını təqdim etdilər, məndən başqa. Məlik rəhmətlik dedi ki, səni niyə təqdim etmədilər? Dedim ki, mən burada bədii rəhbər işləyirəm, yəqin ona görə təqdim etməyiblər. Məlik Dadaşov üzünü əsgərlərə tutub dedi ki, "vaxt olacaq evə gedəcəksiz, deyəcəksiz ki, biz "jvoy Xoreni", "jvoy Xaçaturyanı" görmüşük. Fərəc Fərəcov aktyor Ceyhun Mirzəyevin son günlərini belə xatırlayıb: "İnfarkt keçirmişdi, ad gününə 2 gün qalmış rəhmətə getdi. Çoxu deyir ki, film  çəkilə-çəkilə rəhmətə gedib, ürəyi partlayıb. Hərə bir söz deyir. Cəhənnəmdən gələn mən, xəbər verən sən. Filmin montajı gedirdi. Görüşürdü bizimlə. Özü o filmi görmədi. Onun obrazını Eldəniz Rəsulov səsləndirmişdi. Ölümü də ani oldu. Televiziyaya gedib müsahibə üçün Hicran Hüseynovla görüşüb. Birdən infarkt olub, ürəyi tutub. Ceyhun Akademiyamı yanında qalırdı. Hicran görüb ki, vəziyyəti yaxşı deyil, maşına qoyub, gətirib evə. Ceyhun da təngənəfəs 4 mərtəni liftsiz çıxıb. Təcili Tibbi yardım gələnə qədər vəfat edib. Əgər o maşında oturub, liftsiz təngənəfəs pilləkənlərlə çıxmasaydı yaşayacaqdı. Allah rəhmət etsin" deyə aktyor bildirib. Əli Əsgər, Medianews.az  

Bizə qoşulun