16.07.2025, 09:40
104
baxış
Azad
20 dəqiqədə ən azı 17 partlayış baş verib
Ukraynanın Xarkov vilayətində təxminən 20 dəqiqə ərzində ən azı 17 partlayışın baş verdiyi bildirilir. Medianews.az-ın məlumatına görə, rəsmən yayılan açıqlamada deyilir ki, Rusiya dronlarının zərbəsi nəticəsində bir müəssisə hədəfə alınıb.
Rusiya Silahlı Qüvvələri 15 iyulda axşamçağı Xarkova hücum ediblər. Bu hücumu həyata keçirmək üçün Rusiya hərbçiləri "Şahed" tipli zərbə dronlarından istifadə ediblər.
Rusiyanın bu qəfil hücumu barədə xəbər yayan və operativlik nümayiş etdirməklə, Ukrayna ictimaiyyətini məlumatlandıran Xarkov vilayətinin hərbi administrasiya rəhbəri Oleq Sinequbov vurğulayıb ki, hücum nəticəsində "Xarkov şəhərində 20 dəqiqə ərzində ən azı 17 partlayış qeydə alınıb".
Sinequbovun söylədiyi kimi, zərbələrin əksəriyyəti Xarkovun Kiyev rayonunda yerləşən mülki müəssisəni hədəfə alıb. Hücum nəticəsində yanğın baş versə də, ilkin məlumatlara görə, ölən, xəsarət alan olmayıb.
Ukrayna monitorinq kanallarının verdiyi məlumata əsasən, 15 iyul axşamı onlarla Rusiya dronu Ukraynaya hücum edib.
Medianews.az