Medianews.az
Bakı–Quba yolunda ağır qəza baş verib,
117 baxış

Bakı–Quba yolunda ağır qəza baş verib, ölən var

Bakı–Quba–Rusiya dövlət sərhədi istiqamətində ödənişli avtomobil yolunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Medinews.az bildirir ki, qəza magistralın Şabran rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata əsasən, "Hyundai" markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Hadisə nəticəsində Şəmkir rayon sakini Səma Əliyeva ölüb. Avtomobilin sürücüsü və daha iki sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.//APA

Bizə qoşulun