Venesuelada baş vermiş güclü zəlzələlərdə həlak olanların xatirəsinə ölkədə 7 günlük milli matəm elan olunub.
Medianews.az xəbər verir ki, bu barədə Venesuelanın müvəqqəti prezidenti Delsi Rodrigez açıqlama verib.
O həmçinin həlak olanların ailələrinə başsağlığı verib, yaralananlara isə tezliklə sağalmağı arzulayıb.
Xatırladaq ki, iyunun 25-nə keçən gecə Venesuelanın şimalında 7,1 maqnitudalı zəlzələ baş verib. Daha sonra isə cəmi 40 saniyə fərqlə 7,2 və 7,5 maqnitudalı daha iki güclü yeraltı təkanı qeydə alınıb.
Rəsmi məlumata görə, zəlzələlər nəticəsində 1943 nəfər ölüb, 10571 nəfər yaralanıb. Xilasedicilər dağıntılar altından 6461 nəfəri sağ çıxarıb.//qafqazinfo