Medianews.az
ABŞ-Azərbaycan-Ermənistan üçbucağında<span style=color:red> hər şey dəyişdi
514 baxış

ABŞ-Azərbaycan-Ermənistan üçbucağında hər şey dəyişdi

ABŞ-Azərvaycan, Azərbaycan-Ermənistan münasibətləri tarixində heç vaxt olmamış kardinal dəyişikliklər baş verdi. Bir anlığa aylar əvvələ qayıdaq. Prezident İlham Əliyevin ötən ilin noyabrında və bu ilin yanvarında Trampa yazdığı 2 məktubda ABŞ-Azərbaycan münasibətlərinin yeni keyfiyyət mərhələsinə çıxacağına böyük inam ifadə edilmişdir... Budur, böyük hadisələr qısa zamanda baş verdi... Trampın şahidliyi ilə Azərbaycan-Ermənistan sülh sazişi paraflandı, yəni saziş imzalanmanın son bir addımlığına gətirildi... Əfsanəvi Zəngəzur dəhlizinin açılmasına qərar verildi, dəhlizə "Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu" adı verildi... Minsk Qrupunun buraxılması üçün ATƏT-in baş katibinə birgə müraciət və Ermənistan Konstitusiyasının dəyişdirilməsi üçün referendum barədə razılaşma əldə edildi. Düz 33 ildən sonra Tramp Azərbaycana qarşı çevrilmiş 907-ci düzəlişi ləğv etdi. ABŞ-Azərbaycan strateji tərəfdaşlığının inkişaf etdirilməsi üçün əsasən 3 istiqamətdə iş aparacaq Birgə Strateji İşçi Qrup yaradıldı. SOCAR və ABŞ-ın “Ekson Mobil” şirkəti saziş imzalamaqla neft və qazın hələ uzun on illər boyu dünyanın əsas enerji mənbəyi kimi qalacağını təmin etdi. ABŞ prezidenti Tramp SSRİ dağılandan sonra ilk ABŞ prezidenti olaraq açıq təsdiq etdi ki, Rusiya ilə geosiyasi rəqabətdə Azərbaycan regionda əsas dayaq nöqtəsidir. İlham Əliyevin Vaşinqtona budəfəki səfərində əldə olunmuş razılaşmaların demək olar ki, hamısı Azərbaycanın təşəbbüslərindən və yaratdığı yeni reallıqların qəbul edilməsindən ibarətdir. Cənubi Qafqazda və buradan keçən regional bağlantılarda Rusiyanın şəriksiz hegemonluq iddialarına son qoyuldu. Təbriklər, Azərbaycan! Aydın Quliyev, politoloq  

Bizə qoşulun