Medianews.az
Demet Akalına keçmiş rəqqasəsindən şok iddialar: <span style=color:red>Məhkəməlik oldular
408 baxış

Demet Akalına keçmiş rəqqasəsindən şok iddialar: Məhkəməlik oldular

Müğənni Demet Akalın illərlə səhnəsində çalışan keçmiş rəqqasəsi Merve Atalar tərəfindən məhkəməyə verilib. Medianews.az xarici mediaya istinadən xəbər ki,  M. Atalar, 8 ilə yaxın müddətdə sığortasız işlədildiyini, maaşının əksik və əlbəəl verildiyini, istirahət hüquqlarının tanınmadığını iddia edib. İstanbul Anadolu İş Məhkəməsinə təqdim edilən iddiada M. Atalar, 2011–2019-cu illər arasında Akalının konsertlərində rəqs etdiyini bildirib. O, eyni zamanda mobbinqə məruz qaldığını və 2018-ci ildə Akalının mühafizəçisi tərəfindən döyüldüyünü də iddia edib. Demet Akalın tərəfi isə Ataların rəsmi işçi olmadığını, ehtiyac olduqda konsert və kliplərdə çalışdığını deyərək iddiaları rədd edib. Məhkəmə ilkin olaraq iddianı rədd etsə də, Ataların vəkili qərara etiraz edərək işi apellyasiyaya daşıyıb. İstanbul Apellyasiya Məhkəməsi isə yerli məhkəmənin sübutları yetərincə toplamadığını bildirərək qərarı ləğv edib. Yeni video, şahid və təşkilatçı ifadələrinin toplanaraq işin yenidən araşdırılmasına qərar verilib. Medianews.az

Bizə qoşulun