Medianews.az
Türkiyə-Ermənistan sərhədinin açılması <span style=color:red>GÖZLƏNİLİR
489 baxış

Türkiyə-Ermənistan sərhədinin açılması GÖZLƏNİLİR

Siyasi şərhçi Məhəmməd Əsədullazadə Medianews.az-a açıqlamasında yaxın saatlarda Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçiriləcək görüşlər və əldə olunacaq nəticələr haqda proqnozlarını ifadə edib. O bildirib ki, ABŞ-da Azərbaycan və Ermənistan arasında yekun sülh müqaviləsi imzalanmayacaq: “Buna baxmayaraq, sülh istiqamətində mühüm siyasi razılaşma əldə ediləcək, Ermənistan və Azərbaycan arasında siyasi memorandum imzalanacaq. Həmçinin sülh müqaviləsinin mətni paraflanacaq. Zəngəzur dəhlizinin açılması təsdiqlənəcək. "Tramp körpüsü" adlandırılması nəzərdə tutulan Zəngəzur dəhlizində Azərbaycanın maraqları tam əks olunacaq. Bundan əlavə, Azərbaycan və Ermənistan ikitərəfli olaraq nəqliyyat və kommunikasiya yollarını açacaq. Minsk qrupunun buraxılması barədə birgə bəyanatla ATƏT-in baş katibinə müraciət olunacaq. Bu, Azərbaycanın siyasi qələbəsidir. Cənubi Qafqazda geosiyasi layihəni uğurla həyata keçirən Prezident İlham Əliyevdir. Azərbaycanın Cənubi Qafqazda və Mərkəzi Asiyada rolu artacaq. Eyni zamanda, Azərbaycan ABŞ və Qərblə siyasi-iqtisadi, enerji və təhlükəsizlik sahəsində əməkdaşlığı inkişaf etdirəcək. Rusiyanın və İranın regiona təsirləri kifayət qədər zəifləyəcək. Təbii ki, proseslər Türkiyə ilə koordinasiyalı davam edir. Növbəti aylarda Türkiyə -Ermənistan sərhədlərinin açılması gözlənilir”. Toğrul Əli, Medianews.az

Bizə qoşulun