Medianews.az
21 ilin sonu:
235 baxış

21 ilin sonu: Məşhur serial ekranla vidalaşır?

Türkiyə televiziya tarixinin ən uzunömürlü seriallarından biri olan “Arka Sokaklar”ın final edəcəyi ilə bağlı iddialar gündəmə gəlib.

Medianews.az xəbər verir ki, 2006-cı ildən yayımlanan və kəskin süjeti ilə geniş auditoriya qazanan serialın qəfil qərarla ekranla vidalaşacağı irəli sürülür.  Məlumata görə, bu qərar qısa müddət əvvəl aktyor heyətinə də bildirilib.

Son dövrdə televiziya sektorunda artan istehsal xərclərinin həm kanallara, həm də prodüser şirkətlərinə ciddi təsir göstərdiyi bildirilir. Bölüm başına çəkiliş xərclərinin təxminən 30 milyon lirəyə çatdığı, yüksək büdcəli layihələrdə xərclərin azaldılması üçün təzyiqlərin artdığı qeyd olunur.

21 ildir yayımlanan və yeni mövsüm hazırlıqlarına başlayan “Arka Sokaklar”ın final qərarı ilə bağlı serialın sadiq izləyiciləri arasında məyusluq yarandığı bildirilir.

Bununla belə, kanal rəhbərliyi və ya prodüser şirkəti tərəfindən məsələ ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Medianews.az

 

Bizə qoşulun