Medianews.az
Bu dövlət qurumu
87 baxış

Bu dövlət qurumu LƏĞV EDİLDİ

Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti ləğv edilib.

Medianews.az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev müvafiq qərar imzalayıb.

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi bu qərarən icrası ilə əlaqədar aidiyyəti dövlət orqanlarının (qurumlarının) nümayəndələrindən ibarət ləğvetmə komissiyasının formalaşdırılmasını və ləğvetmə prosesinin mülki qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsini təmin etməlidir.

Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Qərara uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə təqdim etməlidir.

Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu qərara uyğunlaşdırılmasını təmin edib bu barədə dörd ay müddətində Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə məlumat verməlidir. (trend)

Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanları üç aydan gec olmayaraq bu qərarın icrasını təmin etmək məqsədilə öz səlahiyyətləri daxilində normayaratma vəzifələrindən irəli gələn tədbirlər görüb, normativ hüquqi aktlarını və ya təkliflərinin olmadığı barədə məlumatı Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinə təqdim etsinlər və icra vəziyyəti tələb etdikdə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə məlumat verməlidirlər.

Bizə qoşulun