Medianews.az
"Qarabağ"dan növbəti transfer bombası:
174 baxış

"Qarabağ"dan növbəti transfer bombası: Hücumçu Azərbaycana gəlir - FOTO

Ağdamın "Qarabağ" klubunun heyətinə qatacağı daha bir yeni futbolçunun kimliyi məlum olub.

Medianews.az oxu.Az-a  istinadən xəbər verir ki, 26 yaşlı qambiyalı forvard Zakaria Savo transfer prosesini yekunlaşdırmaq və müqavilə imzalamaq məqsədilə artıq Azərbaycana yola düşüb.

Qeyd edək ki, mərkəz hücumçusu müqavilə hüquqlarına görə İsveçin "Yurqorden" klubuna məxsusdur. Futbolçu cari ilin yanvar ayından etibarən Kiprin AEL (Limassol) komandasının şərəfini icarə əsasında qoruyur. Zakaria Savo peşəkar karyerası ərzində İsveçin "BK Olimpik" və "Oskarshamns", həmçinin Norveçin "Start" klublarında da forma geyinib.

Xatırladaq ki, "Qarabağ" bundan öncə, mayın 18-də fransalı vinger Jali Muaddibin də transferini rəsmən ictimaiyyətə açıqlamışdı.

Qarabağdan növbəti transfer bombası: Hücumçu Azərbaycana gəlir - FOTO

Bizə qoşulun