Medianews.az
Saxlanıldığı deyilən məşhur aktrisadan
96 baxış

Saxlanıldığı deyilən məşhur aktrisadan İLK AÇIQLAMA - VİDEO

Türkiyədə məşhurlara qarşı aparılan narkotik istintaqı çərçivəsində aktrisa Serenay Sarıkayanın da adının hallanması gündəm olub.

Medianews.az xəbər verir ki, Türkiyə mediasında yayılan məlumatlara görə, bir sıra məşhur simalarla bağlı saxlanılma qərarı çıxarılıb.

Həmin siyahıda Serenay Sarıkayanın adının da yer aldığı iddia edilib.

Məsələ qısa zamanda sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İddialardan sonra aktrisanın yaxın çevrəsindən ilk reaksiyanın gəldiyi və xəbərlərin həqiqəti əks etdirmədiyi bildirilib.

Qeyd edək ki, istintaq çərçivəsində bir neçə məşhur şəxsin saxlanıldığı, bəziləri haqqında isə axtarış qərarı çıxarıldığı açıqlanıb.

Medianews.az

Bizə qoşulun