Medianews.az
21 illik polis məmurtu 18+ FOTOLARIna görə istefa verməyə
63 baxış

21 illik polis məmurtu 18+ FOTOLARIna görə istefa verməyə məcbur oldu

ABŞ-nin Florida ştatında 21 il xidmət etmiş polis məmuru Brandi Tenlen cinsi məzmunlu sosial media hesabının aşkarlanmasından sonra vəzifəsindən istefa verib.

Medianews.az xəbər verir ki, hadisə hüquq-mühafizə orqanlarında geniş müzakirələrə səbəb olub.

Aparılan daxili araşdırma zamanı məlum olub ki, Palm Biç dairəsində xidmət edən Tenlen “FeetFinder” platformasında pullu məzmun paylaşıb. İstintaq zamanı hesabda yüzlərlə foto və video olduğu, bəzi görüntülərin isə polis formasında çəkildiyi iddia olunub.

Məlumata görə, Brandi Tenlen bu fəaliyyətlə təxminən 16 ay ərzində 6 min dollar qazanc əldə edib. Araşdırma zamanı onun bəzi məzmunları xidmətdə olduğu vaxt çəkdiyi və bəzi hallarda xidmət avadanlıqlarından istifadə etdiyi də iddia olunub.

Məsələ ilə bağlı 2025-ci ilin iyul ayında daxili istintaq başladılıb və araşdırma nəticəsində polis əməkdaşının davranışının qurumun etik qaydalarını pozduğu müəyyən edilib.

Palm Biç Şəhər Şerif Ofisinin yaydığı açıqlamada bildirilib ki, bütün əməkdaşlar həm xidmətdə, həm də xidmətdən kənarda yüksək etik standartlara riayət etməlidir. Qalmaqaldan sonra Brandi Tenlen sosial media hesabını silib və vəzifəsindən istefa verib.

Medianews.az

Cinsel içerikli fotoğraflarını satan polis, hesabı ifşa olunca istifa etti

Bizə qoşulun