Medianews.az
Azərbaycanda hər gün bu qədər
85 baxış

Azərbaycanda hər gün bu qədər insan ÖLÜR - RƏSMİ

Azərbaycanda 2025-ci ildə 59 min 834 nəfər ölüb.

Məsələ ilə bağlı Dövlət Statistika Komitəsindən bildirilib ki, 2025-ci il üzrə Azərbaycanda təbii artım 36 min 41 nəfər olub. Təbii artımın 11 min 530 nəfəri şəhər yerlərinin, 24 min 511 nəfəri isə kənd yerlərinin payına düşüb.

Qeyd olunub ki, bu dövrdə ölkədə ümumilikdə 95 min 875 nəfər doğulub. Doğulanların 45 min 336 nəfəri şəhər yerlərində, 50 min 539 nəfəri isə kənd yerlərində qeydə alınıb. Doğulan uşaqlardan 50 min 914-ü oğlan, 44 min 961-i isə qız olub.

Komitədən verilən məlumata görə, 2025-ci ildə ölənlərin ümumi sayı 59 min 834 nəfər təşkil edib. Qeyd edək ki, bu da bir gün üçün ölənlərin sayının təqribən 164 nəfər olması deməkdir.

Bizə qoşulun