Medianews.az
38-dən 80-ə -
212 baxış

38-dən 80-ə - Azərbaycanda partiya rəhbərlərinin yaşı

Azərbaycanda dövlət qeydiyyatlı 26 siyasi partiyanın rəhbərləri arasında ən yaşlılar Haqq-Ədalət Partiyasının sədri Əli İnsanov və Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlıdır: hər iki şəxs 1946-cı ildə doğulub.

Yeni Azərbaycan Partiyasının sədri, dövlət başçısı İlham Əliyev 1961-ci il təvəllüdlüdür.

Medianews.az bildirir ki, gənclər siyahısında Gələcək Azərbaycan Partiyasının sədri, 1988-ci il təvəllüdlü Ağasif Şakiroğlu birincidir.

Ana Vətən Partiyasının sədri Günay Ağamalı 1983-cü, Ağ Partiyanın sədri Tural Abbaslı 1982-ci ildəndir.

Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə 1953-cü, Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu 1954-cü, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev və Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu 1956-cı, Müsavat Partiyasının başqanı İsa Qəmbər və Azad Vətən Partiyasının sədri Akif Nağı 1957-ci il doğumludur.

Xalq Partiyasının sədri Qiyas Sadıqov 1960-cı, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev 1962-ci, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev 1963-cü, Ədalət, Hüquq, Demokratiya Partiyasının sədri Qüdrət Həsənquliyev, Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə, Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli, Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa, Yeni Zaman Partiyasının sədri Musa Ağayev 1965-ci, Ümid Partiyasının sədri İqbal Ağazadə 1968-ci ildə anadan olub.

Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev 1971-ci, Respublikaçı Alternativ Partiyası Siyasi Komitəsinin sədri Natiq Cəfərli 1972-ci, Ədalət Partiyasının sədri Mütəllim Rəhimli 1973-cü, Vəhdət Partiyasının sədri Adəm İsmayıl Bakuvi 1974-cü, Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev 1979-cu ildə doğulub.

Medianews.az

Bizə qoşulun