Medianews.az
4 min illik piramida üzərində rəsm çəkildi, bələdçi saxlanıldı -
122 baxış

4 min illik piramida üzərində rəsm çəkildi, bələdçi saxlanıldı - FOTOLAR

Misirdə UNESCO-nun Dünya İrsi Siyahısına daxil olan, təxminən 4 min illik Unas piramidasına zərər verən tur bələdçisi qalmaqala səbəb olub.

Medianews.az xəbər verir ki, hadisə sosial şəbəkələrdə yayıldıqdan sonra geniş etiraz doğurub.

Görüntülərdə bələdçinin turistlərə izah verərkən piramidanın səthinə insan fiqurları çəkməsi və sonra silməyə çalışması əks olunub.

Misir Daxili İşlər Nazirliyi faktla bağlı araşdırma başladığını, şübhəlinin müəyyən edilərək saxlanıldığını açıqlayıb. Bələdçinin ifadəsində rəsmləri özü çəkdiyini etiraf etdiyi bildirilib.

Mütəxəssislər tərəfindən izlər təmizlənsə də, tarixi abidəyə zərər dəyib-dəymədiyi araşdırılır. Qanunvericiliyə əsasən, bu cür hallara görə həbs və cərimə cəzası nəzərdə tutulur.

Medianews.az

 

Bizə qoşulun