Medianews.az
56 yaşında 26 kimi: Cennifer Lopes vaxtı “dayandırdı” -
120 baxış

56 yaşında 26 kimi: Cennifer Lopes vaxtı “dayandırdı” - FOTOLAR

Dünya ulduzu Cennifer Lopes 56 yaşına baxmayaraq, idman zalından paylaşdığı görüntülərlə sosial mediada böyük maraq yaradıb.

Medianews.az xəbər verir ki, sənətçi “Qalx və çalış” (“Rise and Grind”) qeydi ilə paylaşdığı fotolarda fit bədən quruluşu və nizamlı idman rejimini nümayiş etdirib.

Onun makiyajsız və təbii görüntüləri də izləyicilər tərəfindən müsbət qarşılanıb.

Lopez Las-Veqasdakı konsertləri ilə də gündəmdədir. Səhnə çıxışları və enerjisi ilə seçilən ulduzun ciddi məşq proqramı və xüsusi qidalanma rejimi saxladığı bildirilir.

Məlumata görə, o, yaxın zamanda Hindistanda keçirilən bir toy mərasimində çıxış edərək yüksək məbləğdə qonorar əldə edib.

Medianews.az

 

Bizə qoşulun