Medianews.az
58 yaşlı kişi iş yerində
72 baxış

58 yaşlı kişi iş yerində öldü

Gəncədə 58 yaşlı kişi işlədiyi müəssisədə ölüb.

Medianews.az “Qafqazinfo”-a istinadla xəbər verir ki, hadisə şəhərin beton zavodlarından birində qeydə alınıb.

Belə ki, 1968-ci il təvəllüdlü Sənani Allahverdiyevin iş vaxtı səhhəti ağırlaşıb və orada vəfat edib.

Əraziyə polis və prokurorluq əməkdaşları cəlb olunub.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma başlanılıb.

Bizə qoşulun