Medianews.az
70 milyon avroluq şəxsi təyyarəsinə minərək ölkədən qaçdı -
66 baxış

70 milyon avroluq şəxsi təyyarəsinə minərək ölkədən qaçdı - FOTO

Yaxın Şərqdə artan gərginlik fonunda portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanını tərk edərək İspaniyaya yollanıb.

Medianews.az xəbər verir ki, İranın Ər-Riyaddakı ABŞ səfirliyinə hücumundan sonra təhlükəsizlik vəziyyəti kəskinləşib.

Bu fonda Səudiyyə Ərəbistanı çempionatında Al‑Nassr FC klubunun formasını geyinən Ronaldo ailəsi ilə birlikdə ölkəni tərk edərək Madriddə sığınacaq tapıb.

Bildirilir ki, futbolçu yerli vaxtla axşam saatlarında təxminən 70 milyon avro dəyərində şəxsi təyyarəsi ilə Ər-Riyaddan havaya qalxıb. Uçuş marşrutunun Misir və Aralıq dənizi üzərindən keçərək Madrid şəhərinə yönəldiyi qeyd olunur.

Digər tərəfdən, regiondakı təhlükəsizlik narahatlıqları idman yarışlarına da təsir edib. Asian Football Confederation Körfəz bölgəsində keçirilməsi planlaşdırılan səkkiz oyunun təxirə salındığını açıqlayıb.

Məlumata görə, Ronaldo vəziyyət sabitləşənə qədər ailəsi ilə birlikdə Madriddə qalacaq. Onun Səudiyyə Ərəbistanına nə vaxt qayıdacağı isə hələlik məlum deyil.

Medianews.az 

Bu ismi tanımayan yok! Savaş çıkar çıkmaz 70 milyon Euro'luk jetine binip kaçtı

Bizə qoşulun