Medianews.az
Abbas Əraqçi danışdı:
159 baxış

Abbas Əraqçi danışdı: "İran xalqına qarşı cinayətlər cəzasız qalmayacaq"

İranın Xarici İşlər naziri Abbas Əraqçi ölkənin cənubunda məktəb binasının bombalanması ilə bağlı kəskin bəyanat yayıb.

Musavat.com xəbər verir ki, nazir dağıdılmış binanın görüntülərini şərh edərək bildirib ki, hədəf alınan obyekt qızlar üçün ibtidai məktəb olub. Hücumun dərslər davam edərkən, günorta saatlarında baş verdiyi vurğulanır:

"Bu bina İranın cənubunda yerləşən qızlar məktəbidir. O, içəridə çoxlu sayda şagirdin olduğu vaxt, günün işıqlı saatlarında bombalanıb. Təkcə bu məkanda onlarla günahsız uşaq həlak olub".

Əraqçi çıxışının sonunda qətiyyətlə qeyd edib ki, İran xalqına qarşı törədilən bu cinayətlər cavabsız və cəzasız qalmayacaq. 

Bizə qoşulun