Medianews.az
ABŞ agentləri müəmmalı şəkildə öldü -
59 baxış

ABŞ agentləri müəmmalı şəkildə öldü - FOTOLAR

Meksikada baş verən şübhəli avtomobil qəzası beynəlxalq qalmaqala səbəb olub.

Medianews.az xəbər verir ki, hadisə Çiuahua ştatında qeydə alınıb. İ

lkin məlumatlara görə, cinayətkar qruplaşmalara məxsus obyektə qarşı keçirilmiş əməliyyatdan qayıdan zaman avtomobil dərəyə aşıb. Nəticədə iki ABŞ və iki Meksika rəsmisi həlak olub.

ABŞ mediası, o cümlədən "The New York Times" yazır ki, ölən amerikalıların Mərkəzi Kəşfiyyat İdarəsi əməkdaşları olduğu iddia edilir. Bildirilir ki, onlar dağlıq ərazidə qanunsuz metamfetamin laboratoriyalarına qarşı keçirilən gizli əməliyyatda iştirak ediblər.

Meksika prezidenti Klaudiya Şeynbaum isə məsələ ilə bağlı sərt reaksiya verib. O bildirib ki, sözügedən əməliyyat barədə federal hökumət əvvəlcədən məlumatlandırılmayıb və bu, ölkənin suverenliyi baxımından ciddi suallar yaradır.

Prezidentin sözlərinə görə, hadisənin milli təhlükəsizliyin pozulması olub-olmadığını müəyyən etmək üçün araşdırma başlanılıb. Bununla yanaşı, Meksika hökuməti ABŞ-a rəsmi diplomatik nota göndərib və hadisə ilə bağlı ətraflı izahat tələb edib.

“Bu məsələ aydınlaşdırılmalıdır. Bu, milli təhlükəsizlik və suverenlik məsələsidir”, – deyə Şeynbaum vurğulayıb.

Rəsmi açıqlamada həmçinin qeyd olunub ki, Meksika ərazisində xarici agentlərin fəaliyyəti yalnız federal hökumətin razılığı və qanunvericilik çərçivəsində mümkündür.

Hazırda qəzanın səbəbləri və əməliyyatın hüquqi əsasları ilə bağlı araşdırma davam edir.

Medianews.az

Bizə qoşulun