Medianews.az
ABŞ-dən Ukraynanı
70 baxış

ABŞ-dən Ukraynanı SEVİNDİRƏCƏK QƏRAR

ABŞ Hərb Nazirliyi (Pentaqon) Konqres tərəfindən təsdiqlənən, lakin əvvəllər dondurulan 400 milyon dolları Ukraynaya verəcək.

Bu barədə "The Hill" nəşri məlumat yayıb. Bildirilib ki, ABŞ-nin hərb naziri Pit Heqset bu barədə Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsindəki dinləmələr zamanı açıqlama verib.

"Nazirlik Avropa potensialının artırılması məqsədilə 400 milyon dollar vəsaitin ayrıldığını təsdiqləyir və ötən gün həmin məbləğ təmin edilib", - deyə P.Heqset qeyd edib.

Pentaqonun maliyyə nəzarətçisi Jül Herst həmçinin diqqətə çatdırıb ki, həmin vəsaitin rəsmi Kiyev tərəfindən istifadə edilməsi Ukraynanın məhz hansı hərbi avadanlıqları əldə etmək istəməsindən asılı olacaq./oxu.az

Bizə qoşulun