ABŞ ordusu Əl-Dhafra Hava Bazası və Əl-Udeyd Hava Bazasına gecə saatlarında genişmiqyaslı hərbi texnika və təchizatın daşınmasını həyata keçirib.
Medianews.az-ın məlumatına görə, hərbi yük təyyarələrinin ardıcıl eniş və qalxışları müşahidə olunub, bazalarda logistik fəaliyyətin xeyli artdığı bildirilib.
Radar məlumatları bölgədə hava hərəkətinin intensivləşdiyini təsdiqləyib.
Bu addımların ABŞ-nin regiondakı hərbi mövcudluğunu gücləndirməyə və mümkün gərginliklərə qarşı çəkindirici güc yaratmağa yönəldiyi qeyd olunur. Xüsusilə İranla gərginlik fonunda bu proses strateji balansın qorunması kimi qiymətləndirilir.
Medianews.az