Medianews.az
Açıq şəraitdə satışa çıxarılan qidalar -
107 baxış

Açıq şəraitdə satışa çıxarılan qidalar - Xəstəlik riski yüksəkdir

Açıq şəraitdə satışa çıxarılan qidalar hər zaman sağlam hesab olunmur.

Medianews.az Milli.Az-a istinadla xəbər verir ki, qida təhlükəsizliyində əsas rol məhsulun istehsal və saxlanma şəraitinə aiddir.

Açıq şəkildə satılan məhsullar çox vaxt nəzarət və qeydiyyat sistemindən kənarda qalır. Bu isə onların istehsal və paylanma mərhələlərində şəffaflığın azalmasına və müxtəlif risklərin artmasına səbəb olur. Xüsusilə bu cür qidalarda mikrobioloji təhlükələr daha çox müşahidə edilir.

Qeyd olunur ki, qidaların istilik emalı və fermentasiya kimi proseslərdən keçirilməsi onların təhlükəsizliyini artırır. Elmi yanaşmalara görə, bu üsullar zərərli mikroorqanizmlərin azalmasına kömək edir və məhsulun daha təhlükəsiz istehlakına imkan yaradır.

Eyni zamanda açıqda satılan ədviyyatlar və çiy süd kimi məhsulların nəzarətsiz istehsalı mikotoksin və aflatoksin kimi zərərli maddələrin yaranma riskini artırır. Bu baxımdan qablaşdırılmış məhsullara üstünlük verilməsinin daha məqsədəuyğun olduğu bildirilir.

Araşdırmalarda vurğulanır ki, qida mənşəli risklər çox zaman dərhal deyil, uzun müddətdə özünü göstərir. Orqanizmdə toplanan bəzi zərərli maddələr zamanla toksik təsir göstərərək ciddi xəstəliklərə, o cümlədən xərçəngə səbəb ola bilər.

Bundan əlavə, qidaların hazırlanma üsullarının da sağlamlığa təsir etdiyi qeyd olunur. Yüksək temperatur və güclü tüstü altında bişirilən qidalarda zərərli birləşmələr yarana bilər. Xüsusilə manqalda ətin oda yaxın bişirilməsi zamanı yaranan tüstünün tərkibindəki maddələrin sağlamlıq üçün risk daşıdığı bildirilir.

Bildirilir ki, qablaşdırılmış məhsullar daha etibarlıdır və barkod sistemləri vasitəsilə məhsulun mənşəyi və istehsal prosesi haqqında məlumat əldə etmək mümkündür.

İstehlakçılara isə məhsul seçərkən diqqətli olmaları tövsiyə edilir. Qablaşdırması zədələnmiş, paslı, əyilmiş və ya şişmiş konserv məhsulların alınmaması və şübhəli qidaların istehlak edilməməsi vacib hesab olunur.

Bizə qoşulun