Medianews.az
Ad günü faciəyə çevrildi:
75 baxış

Ad günü faciəyə çevrildi: Məktəblilər partlayışda YARALANDI - VİDEO 18+

Filippində ad günü şənliyi faciə ilə nəticələnib. Məktəblilər sinif yoldaşlarının ad gününü qeyd edərkən masa üzərindəki portativ qaz plitəsi qəfil partlayıb.

Medianews.az xəbər verir ki, hadisə martın 12-də, Daqupan şəhərindəki restoranların birində baş verib.

Nəticədə yeniyetmələr alovun və tüstünün təsirinə məruz qalıb.

Partlayış zamanı 11 məktəbli müxtəlif dərəcəli xəsarətlər və yanıq alaraq xəstəxanaya yerləşdirilib. Onlardan 8-i hələ də müalicə altındadır, 2 nəfərin vəziyyəti ağırdır və əməliyyat gözlənilir.

Polisin məlumatına görə, zərərçəkənlərin həyatı üçün təhlükə yoxdur. Restoran sahibləri bütün müalicə xərclərini öz üzərinə götürüb.

Faktla bağlı araşdırma aparılır.

Medianews.az

Bizə qoşulun