Medianews.az
Ad günü məclisi faciə ilə bitdi:
65 baxış

Ad günü məclisi faciə ilə bitdi: 3 nəfər ÖLDÜ

Hindistanda ad günü məclisi qanlı insidentlə başa çatıb.

Medianews.az xəbər verir ki,  şənlikdə baş verən silahlı münaqişə nəticəsində üç nəfər həyatını itirib.

Məclis əvvəlcə idman zalında keçirilib, daha sonra iştirakçılar evə yollanıblar. Burada dostların zarafat məqsədilə tortu ad günü sahibinin üzünə sürtməsi onun qəzəbinə səbəb olub və tərəflər arasında mübahisə yaranıb. Qısa müddət sonra münaqişə daha da böyüyərək silahlı qarşıdurmaya çevrilib.

Hadisə zamanı Amardin, Maniş və Akaş ağır yaralanaraq xəstəxanaya çatdırılsalar da, onların həyatını xilas etmək mümkün olmayıb.

Polis faktla bağlı genişmiqyaslı əməliyyat başladıb. Bildirilir ki, şübhəlilərin saxlanılması üçün bir neçə qrup yaradılıb, artıq bəzi şəxslər həbs edilib, digərlərinin isə axtarışı davam edir.

 Medianews.az

Bizə qoşulun