Medianews.az
Ağcabədidə işə gedən 57 yaşlı kişini
85 baxış

Ağcabədidə işə gedən 57 yaşlı kişini maşın vurub öldürdü

Ağcabədi rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Medianews.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Qaravəlli kəndində qeydə alınıb.

Vəli Nüsrətli idarə etdiyi "Toyota Prius" markalı avtomobillə hərəkətdə olarkən kənd sakini, 1969-cu il təvəllüdü Lətif Nağıyevi vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Məlumata görə, L.Nağıyev səhər saatlarında işə gedirmiş.

Faktla bağlı araşdırma aparılır.

Bizə qoşulun