Medianews.az
Ağcabədidə qohum evliliyi ilə bağlı hadisə
127 baxış

Ağcabədidə qohum evliliyi ilə bağlı hadisə gündəm olub

Azərbaycanda qohum evliliyi hadisəsi baş verib.

Medianews.az "Unikal"a istinadən xəbər verir ki, Ağcabədi rayonu Avşar kəndində iki bacının övladları (xalaoğlu - xalaqızı) evlənib.

Vəfa və Səadət adlı bacıların övladlarının toy mərasimi mart ayının 27-də olub.

Məlumata görə, evlənən cütlük Ağcabədi rayonu, Avşar bələdiyyəsinin sədri Vaqif Kazımovun bacısı uşaqlarıdır.

Bələdiyyəsi sədri cütlüyün yaxın qohum olduqlarını gizlətməyə çalışaraq, valideynlərinin xalaqızı-xalaoğlu olduğunu iddia edib:

"Xəstə uşaqdır. Hazırda danışa bilmirəm, yasım var. Özləri ilə danışın".

Bizə qoşulun