Medianews.az
Ağıllı və cəsarətli futbol oynamağa çalışacağıq -
201 baxış

Ağıllı və cəsarətli futbol oynamağa çalışacağıq - Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Bakıda İngiltərənin "Nyukasl" klubuna qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu ilə bağlı danışıb.

Medianews.az Publika.az-a istinadən xəbər verir ki, təcrübəli mütəxəssis İngiltərə təmsilçisi ilə görüşün çətin keçəcəyini bildirib:

“Çox böyük təcrübə əldə ediləsi oyundur. Çempionlar Liqasının pley-off mərhələsində oynamaq ilkdir. “Nyukasl” isə dünyanın bir nömrəli liqasından gələn komandadır. Oyuna hazırlaşmağa vaxtımız olmadı. Futbolçularım diqqətlə hazırlaşıblar. Onların hər biri sabah ən yaxşı oyunlarından birini keçirməyə hazırdırlar. Rəqibi təhlil etmişik. Oyunları bizə uyğun deyil. Premyer Liqada da belədir. Sabah mübariz, ağıllı, cəsarətli futbol oynamağa çalışacağıq. Rəqib bizi bəzi komponetlərdə qabaqlayır. Bununla belə əlimizdən gələni etməyə çalışacağıq”.

Qeyd edək ki, görüş fevralın 18-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.

Bizə qoşulun