Medianews.az
Aİ liderləri Ukrayna ilə bağlı
59 baxış

Aİ liderləri Ukrayna ilə bağlı RAZILIĞA GƏLDİ

Ukraynanın Avropa İttifaqına üzv qəbul edilməsi ilə bağlı ilk danışıqlar yaxın həftələr və ya aylar ərzində başlaya bilər.

Aİ liderləri dünən Kiprdə keçirilən sammitdə bu barədə razılığa gəliblər.

"Bloomberg" agentliyinin məlumatına görə, danışıqların başlanması ilə bağlı müsbət siqnallar verilsə də, Ukraynanın ittifaqa daxil olacağı konkret tarix hələ də qeyri-müəyyən olaraq qalır.

Müqayisə üçün qeyd edilir ki, Aİ-yə sonuncu qoşulan dövlət olan Xorvatiyanın üzvlük prosesi təxminən on il çəkib.

Xatırladaq ki, bir müddət əvvəl Ukrayna prezidenti Volodimir Zelenski Fransa və Almaniya tərəfindən səsləndirilən "simvolik üzvlük" ideyasına kəskin etirazını bildirib.

Zelenski bəyan edib ki, rəsmi Kiyev yalnız "tamhüquqlu" üzvlük formatını qəbul edir və buna ümid bəsləyir./Musavat.com

Bizə qoşulun